...

Misirdə girov turistlər azad edilib

Siyasət Materials 29 Sentyabr 2008 16:08 (UTC +04:00)
Misirdə girov turistlər azad edilib
Azərbaycan, Bakı, 29 sentyabr/ Trend / Sentyabrın 19 -da Misir - Sudan sərhədində girov götürülmüş turistlər azadlığa buraxılıb. "Aljazeera" telekanalının verdiyi xəbərə görə, onların hamısı özlərini yaxşı hiss edir və artıq Qahirə yolundadırlar. Turistlər buradan vətənlərinə uçacaqlar. Girov götürülən şəxslərdən 11-i xarici vətəndaşdır (Beş alman, beş italiyalı və bir rumın ). Əvvəllər oğurlanma hadisəsinin İsrail turistlərinə qarşı yönəldildiyi güman olunurdu. Lakin İsrailin mədəniyyət naziri girovlar arasında İsrail vətəndaşlarının olması ilə bağlı məlumatları təkzib edib. Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]
Xəbər lenti

Xəbər lenti