...

Aİ-nin Gürcüstandakı müşahidəçiləri bufer zonalarda patrul nəzarətinə başlayıblar

Siyasət Materials 1 Oktyabr 2008 11:24 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 01 oktyabr / Trend , müxbir N.Kirtsxaliya/ Avropa İttifaqının müşahidəçilər qrupu çərşənbə günü saat 8.30 - da dislokasiya yerlərinə yola düşüblər. Onlar bu ərazilərdə vəziyyətin monitorinqini aparmalı və "bufer zonalarda" Gürcüstandakı Rusiya işğalçılarını əvəz etməlidirlər. Monitorinq qrupları Abxaziya və Cənubi Osetiya ilə sərhədyanı zonalarda olacaqlar.

Aİ - nin müşahidəçiləri xüsusi zirehli avtomaşınlarla hərəkət edirlər, silahlı deyillər. Hər avtomaşında beş müşahidəçi yerləşib. Ümumilikdə müşahidə missiyasına 340 nəfər daxildir. Missiyaya Hans-Yorq Haber rəhbərlik edir. Onlar çərşənbə günü 3 saat ərzində monitorinq aparmaq niyyətindədirlər. Bundan sonra prosesin yekunu üzrə brifinq keçiriləcək.

Gürcüstanda müşahidəçilərin 4 qərargahı açılıb - Bazaleti, Qori, Zuqdidi, Poti.

Xəbər lenti

Xəbər lenti