Gürcüstan, Tbilisi, 01 oktyabr/ Trend , müxbir N.Kirtsxaliya/ Çərşənbə axşamı saat 17.00 - da Rusiyanın kəşfiyyat təyyarəsi yerə düşüb, Gürcüstanın Odzisi kəndi yaxınlığında Gürcüstan DİN- in rəsmi nümayəndəsi Şota Utiaşvili çərşənbə günü brifinqdə bildirib.
Onun sözlərinə görə, kəşfiyyat təyyarəsi texniki nasazlıqla əlaqədar düşüb. їBu, fotoaparatla təchiz edilmiş, gürcü polisinin münaqişə zonasındakı postlarını çəkən əldə yığılma təyyarədirї, - Utiaşvili qeyd edib.
Onun sözlərinə görə, təyyarə Rusiya qoşunlarının işğal etdikləri ərazidən gürcü tərəfinin nəzarət etdiyi əraziyə daxil olub. Ötən həftə gürcü polisləri Rusiyanın daha bir kəşfiyyat təyyarəsini vurublar.