...

Növbədənkənar parlament seçkiləri Timoşenkonun siyasi mövqeyini zəiflətmək üçün imkandır

Siyasət Materials 7 Oktyabr 2008 20:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 oktyabr/ Trend , müxbir E.Tariverdiyeva, Z.Novosvitski/ Ukraynada növbədənkənar parlament seçkiləri prezidentliyə başlıca namizəd kimi Baş nazir Yuliya Timoşenkonun siyasi mövqeyini zəiflətməyə yönəlib.

"Prezident Yuşşenkonun ətrafı növbəti seçkilərdə Yuliya Timoşenkonu daha ciddi namizəd hesab edir və növbədənkənar parlament seçkilərini vəziyyətin dəyişdirilməsi imkanı kimi nəzərdən keçirir", - Ukrayna Ali Radasının deputatı Oles Doniyçərşənbə axşamı telefonla Trend -a bildirib.

Bu gün axşam Ukrayna parlamentində koalisiyanın yaradılması müddətibaşa çatır. Bu,prezident Yuşşenkoya parlamenti buraxmaq və növbədəkənar parlament seçkilərini elan etmək hüququ verir. Müşahidəçilər əmindirlər ki, koalisiyanın yaradılmasına yönələn səylərin uğursuzluğu Yuşşenkonun göstərişi ilə diktə olunub.

Mövcud Konstitusiyaya əsasən, yeni hakim koalisiya yaradılmazsa, Ukrayna prezidenti parlamenti buraxa bilər.

Yuşşenko "Bizim Ukrayna - Xalq Özünümüdafiə" (BUXÖ) fraksiyasının üzvləri ilə görüşü zamanı hansısa koalisiyanın yaradılmasına dair heç bir tövsiyə verməyib və Ali Radanı buraxmaq və növbədənkənar seçkilər elan etmək niyyətini aydın şəkildə bəyan edib. UNİAN-ın verdiyi xəbərə görə, bu barədə BUXÖ fraksiyasının üzvü, Ukrayna Xalq Hərəkatının rəhbəri Boris Tarasyuk çərşənbə axşamı jurnalistlərə müsahibəsində bəyan edib.

Doniy hesab edir ki, prezident Yuşşenkonun başlıca istəyi seçicilər arasında Timoşenkonun populyarlığının zəifləməsidir. "Növbədənkənar parlament seçkiləri keçirilərsə, Timoşenkonun partiyası, öz liderinin başçılığı ilə üstünlüyü itirəcək", - BUXÖ fraksiyasının deputatı Doniy bildirib.

Rusiyalı ekspert Pribılovskinin rəyinə görə, Yuşşenko prezident kürsüsündə qalmaq üçün sonuncu imkandan istifadə edir. "Növbədənkənar parlament seçkiləri keçirmək istəyən Yuşşenko hazırda Ukrayna üçün kifayət qədər təbii olan parlament sistemini saxlamağa və beləliklə, hakimiyyətdə qalmağa çalışır", - rusiyalı ekspert Viktor Pribılovski hesab edir.

Lakin Doniy növbədənkənar seçkilərin onların keçirilməsinə dair qərarın qəbulundan dərhal sonra təyin ediləcəyinə əmin deyil.

Doniyin rəyinə görə, seçkilər indi keçirilərsə, bu, Timoşenkonun xeyrinə olacaq, belə ki, parlamentdə Timoşenkonun koalisiya yarada biləcəyi üçüncü qüvvələr və yeni layihələr təşkil oluna biləcək. Onun rəyinə görə, bununla əlaqədar vaxtı bir qədər uzatmaq, onun bu seçkilərin təşəbbüskarı olmadığını, sadəcə, deputatların razılığa gələ bilmədiklərini göstərməsi və Timoşenkonu müxalifətə sıxışdırmağa çalışması üçün Yuşşenkoya faydalıdır.

Doniyin sözlərinə görə, növbədənkənar seçkilərin başlıca nəticəsi elə olacaq ki, çətin ki, növbəti parlamentdə Timoşenkonun müttəfiqləri olsun.

Növbədənkənar seçkilər hadisələrin inkişafının daha real perspektivinə çevrilir və analitiklər prezident və Baş nazirin gələcək addımlarını proqnozlaşdırırlar.

Başlanğıc üçün Timoşenko prezidentin parlamentin buraxılması haqqında qərarının qanuniliyinə etiraz etməyə çalışacaq.

Ukraynalı politoloq Kost Bondarenkonun rəyinə görə, Yuliya Timoşenko Blokunun (YTB) bəzi deputatları artıq Ali Radanın buraxılmasına etiraz edə biləcəkləri barədə danışıblar. "YTB Ali Radanın növbədənkənar seçkilərdə seçilən və il ərzində buraxıla bilməyəcək tərkibində təkid edir, - Qorşenin adına Kiyev İdarəetmə Problemləri İnstitutun direktoru Bondarenko bildirib. - Lakin paralel olaraq YTB seçkilərə hazırlaşacaq".

Politoloqlar hesab edirlər ki, Timoşenkonun artıq indidən seçicilərin səsi uğrunda mübarizəyə başlayacağı aydındır. Ukraynalı politoloq Viktor Nebojenkonun sözlərinə görə, Timoşenko "döyüşə atılacaq" və elektoratın 40 faizini götürməyə çalışacaq. O bu elektoratı Yuşşenkodan deyil, Yanukoviçdən götürəcək; o artıq uzun müddətdir ki, Yuşşenkonun elektoratını "özəlləşdirib".

"Timoşenko Şərqi Ukraynada fəal irəlilədiyi üçün, onun artıq hər əyalətdə 15 faiz tərəfdaşı var. 2002 - ci ildən bu regionda heç bir rəqib görməyərən prezidentyönlü partiya isə, prinsip etibarilə onunla mübarizə aparmağı bacarmır", - "Ukrainski barometr" sosioloji xidmətinin rəhbəri Nebojenko Trend - a bildirib.

Onun sözlərinə görə, Timoşenko özünə, ölkəyə və Kremlə sübut etməlidir ki, sosial -iqtisadi çətinliklərə, məğlubiyyətə baxmayaraq,  o, ölkədə ən güclü ictimai siyasətçidir. Onun üçün bu, ən əsasdır- məhz ictimai siyasətçi, - Nebojenko hesab edir. Onun sözlərinə görə, Yuşşenko malik olduğu elektoratını səfərbər edəcək.

Ukrayna parlamentində siyasi böhran sentyabrın əvvəlində "Bizim Ukrayna" (Bizim Ukrayna - Xalq Özünümüdafiə - BUXÖ) və Yuliya Timoşenko Bloku (YTB) arasında koalisiyanın dağılması ilə başlayıb. BUXÖ partiyası sentyabrın əvvəlində YTB -nin müxalifət Regionlar partiyası ilə birlikdə prezidentin səlahiyyətlərini məhdudlaşdıran Qanun layihələrinin lehinə səs verməsinə etiraz əlaməti olaraq, koalisiyadan çıxıb.    Prezident Yuşşenkonun özü parlament partiyalarını qəsdən hakim koalisiyanı dağıtmaqda ittiham edir.

"Düşünmürəm ki, Timoşenko seçkilərin keçirilməsini istəmir. Bu, normal qadın işvəsi, flirtidir və bu, oyun qaydalarının bir hissədir, - Nebojenko bildirib. - Onun yaxşı start imkanları var və o, hazırda pis görünmür".

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti