...

Əfqanıstanın Nurək vilayətində Taliban qiyamçıları koalisiya qüvvələrinə hücum ediblər

Siyasət Materials 9 Oktyabr 2008 16:44 (UTC +04:00)

Əfqanıstan, Kabil, 09 oktyabr / Trend A.Həkimi / Oktyabırın 9-da səhər saatlarında Taliban qiyamçıları koalisiya qüvvələrinə hucum ediblər.

Trend -un Kabildəki müxbirinin məlumatına əsasən, Nurək vilayətinin polis rəisi Qulamnəbi Çərxi bildirib ki, bu gün səhər saat 8:30 radələrində koalisiya qüvvələrinə məxsus maşın karvanı Kabildən Nurək vilayətinə tərəf hərəkt edərkən naməlum şəxslər tərəfindən silahlı hücuma məruz qalıb.

Çərxi bildirib ki, koalisiya qüvvələrindən bir nəfər sürücü həlak olub, iki yanacaq daşıyan yük maşını yandırılıb.

Hadisənin şahidlərindən biri Kabildə Trend - a bildirib ki, 30- 40 nəfərə yaxın naməlum şəxs gözlənilmədən maşın karvanını avtomat və raketlərdən atəşə tutublar.

Özünü Talibanın sözçüsü kimi qələmə verən Mola Əbdullah adlı bir şəxs bu gün jurnalistlərlə əlaqə saxlayaraq, koalisiya qüvvələrinə hücumun Taliban tərəfindən edildiyini etiraf edib.

Çərxi daha sonra bildirib ki, Nurək vilayətində əsas körpülərdən birinin altında quraşdırılmış mina yerli polis qüvvələri tərəfindən aşkarlanaraq, koalisiya qüvvələrinin köməyi ilə zərərsizləşdirilib.

Ümumiyyətlə, koalisiya qüvvələrinin Taliban qiyamçıları tərəfindən hucuma məruz qalması halları son vaxtlar artıb.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan [email protected]

Xəbər lenti

Xəbər lenti