...

Azərbaycanın cənub bölgəsində seçicilərin yarıdan çoxu səsvermədə iştirak edib

Siyasət Materials 15 Oktyabr 2008 16:20 (UTC +04:00)

Azərbaycan, Lənkəran, 15 oktyabr/ Trend , müxbir P.Əliyeva/ Azərbaycanın cənub bölgəsində seçicilərin yarıdan çoxu prezident seçkiləri üzrə səsvermədə iştirak edib. "70 saylı Masallı şəhər Seçki Dairəsində 23 min 859 nəfər seçici səsvermədə iştirak edib. Bu, ümumi seçicilərin 67 faizi deməkdir", - çərşənbə günü Trend -a 70 saylı Masallı şəhər Seçki Dairəsindən məlumat verilib.

Trend -un arayışı: Prezident seçkisində yeddi namizəd - Yeni Azərbaycan Partiyasının (YAP) sədri, indiki dövlət rəhbəri İlham Əliyev, müxalif Ümid Pariyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli iştirak edir.

Saat 15.00-a olan məlumata görə, Yardımlı rayonunda 22 min 439 seçici, 64,3%, Lənkaran rayonunda 59 min 640 seçici, 53%, Astarada 21 min 616 seçici, 56,5%, Lerikdə 17 min 275 seçici, 56,1%, 67 saylı Cəlilabad şəhər Seçki Dairəsində 18 min 432 seçici, 53%, 68 saylı Cəlilabad şəhər Seçki Dairəsində 22 min 732 seçici, 59,6%, 69 saylı Cəlilabad-Masallı-Biləsuvar Seçki Dairəsində 20 min 958 seçici, 53,9%, 71 saylı Masallı kənd Seçki Dairəsində 20 min 192 seçici, 62% səsvermədə iştirak edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti