Azərbaycan, Bakı, 15 oktyabr / Trend , müxbir S.Kazımlı/ Azərbaycanın müxalif Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev prezident seçkisində İlham Əliyevin qalib gəldiyini açıqlayıb. O hesab edir ki, seçkilərdə ikinci yeri tutub.
"Seçkidə nəticələrə təsir edəcək qanun pozuntuları qeydə alınmayıb" çərşənbə günü keçirdiyi mətbuat konfransında Həsənquliyev bildirib.
Onun sözlərinə görə, BAXCP-nin 74 seçki dairəsində müşahidəçiləri olub.
"Seçkinini nəticələri göstərir ki, ölkənin mövcud durumu əhalinin böyük hissəsini qane edir" Həsənquliyev bildirib.
Azərbaycanda prezident seçkisi oktyabrın15-də keçirilib. Prezident seçkisində yeddi namizəd - Yeni Azərbaycan Partiyasının (YAP) sədri, hazırkı dövlət başçısı İlham Əliyev, müxalif Ümid Pariyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu , Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli iştirak edib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]