...

Azərbaycan prezidenti ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun rəhbərini qəbul edib

Siyasət Materials 16 Oktyabr 2008 23:46 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 16-da ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun rəhbəri Yanez Lenarçiçi qəbul edib.


Yanez Lenarçiç dövlətimizin başçısına müraciətlə deyib: "Sizi seçkilərdə qazandığınız inamlı qələbə münasibətilə təbrik etməkdən məmnunluğumu bildirirəm".

O, prezident seçkilərinin mühüm bir hadisə olduğunu və bu seçkiləri ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun rəhbərliyi ilə ATƏT-in üzvü olan 40-dan artıq ölkənin 400-dək nümayəndəsinin müşahidə etməsinin önəmini vurğulayıb.

Təbrikə görə minnətdarlığını bildirən İlham Əliyev prezident seçkilərinə mümkün qədər daha çox müşahidəçinin cəlb edildiyini və onlara ən yaxşı şəraitin yaradıldığını qeyd edib. Prezident İlham Əliyev ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun rəhbəri Yanez Lenarçiçin başçılıq etdiyi nümayəndə heyətinin bu səfərinin qarşılıqlı əlaqələrin genişləndirilməsi və seçkilərin qiymətləndirilməsi baxımından əhəmiyyətli olduğunu bildirib.

Xəbər lenti

Xəbər lenti