...

Azərbaycanda firmaların birindən köhnə pulla 20 milyon manatdan artıq pulu mənimsəyən şəxs Rusiyada tutulub (DÜZƏLİŞ)

Siyasət Materials 22 Oktyabr 2008 17:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 oktyabr / Trend , müxbir S.Kazımlı / Azərbaycanda firmalarin birində dələduzluq yolu ilə külli miqdarda pul mənimsədiyi üçün, barəsində axtarış elan olunan firmanın keçmiş məsul şəxsi tutulub.

Bakının Binəqədi rayon Polis İdarəsindən (RPİ) çərşənbə günü Trend - a verilən məlumata görə, 2004 - cü ildə "İlkin LTD" MMC - nin məsul işçisi, 30 yaşli Bakı sakini Rövşən Şahhüseyn oğlu Abbasov etibardan sui -istifadə etmə yolu ilə, firmaya məxsus köhnə manatla 20 mln. 155 min 075 ( yeni AZN 4000 manat) manat mənimsəyib.

Rayon Polis İdarəsindən bildiriblər ki, törətdiyi hadisəyə görə 2005 - ci ildə Abbasovun barəsində axtarış elan olunub.

Binəqədi RPİ - nin cinayət - axtarış şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat - axtariş tədbirləri nəticəsində, Abbasov bazar ertəsi Rusiyanın Dağıstan Respublikasinin Mahacqala şəhərində tutulub və çərşənbə axşamı Bakiya gətirilərək istintaqa təhvil verilib.

Faktla bağli Binəqədi RPİ - də Azərbaycan Cinayət Məcəlləsinin şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə dələduzluq törədildikdə (178.2.3-cü) və xeyli miqdarda ziyan vurmaqla dələduzluq törədildikdə (178.2.4-cü) maddəsi ilə cinayət işləri başlanılıb, istintaq aparılır.

Azərbaycan Cinayət Məcəlləsinə görə, qeyd olunan maddələrlə təqsirləndirilən şəxsin təqsiri istintaqda və ya məhkəmədə sübuta yetirilərsə, həmin şəxs şərti maliyyə vahidi məbləğinin üç min mislindən beş min mislinədək miqdarda cərimə və ya əmlakı müsadirə olunmaqla və ya olunmamaqla, üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti