Azərbaycan, Bakı, 31 oktyabr / Trend / Azərbaycan prezidenti İlham Əliyev cümə günü Pakistanda güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılarla bağlı ölkənin prezidenti Asif Əli Zərdariyə başsağlığı verib.
Dövlət başçısı həlak olanların ailələrinə və yaxın adamlarına dərin hüznlə başsağlığı verib, yaralananlara və xəsarət alanlara şəfa diləyib.