...

Azərbaycan bundan sonra da ABŞ-ın xarici siyasətində mühüm yer tutacaq – səfir (YENİLƏNİB)

Siyasət Materials 5 Noyabr 2008 10:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 noyabr/ Trend , müxbir R.Novruzov/ ABŞ bundan sonra da siyasətini Azərbaycan ilə ikitərəfli münasibətlərin inkişafına istiqamətləndirəcək, Birləşmiş Ştatların yeni hökuməti isə məqsədlərə çatmanın yalnız üsullarını dəyişəcək.

Bu barədə çərşənbə günü jurnalistlərə ABŞ-ın Azərbaycandakı səfiri Enn Dersi bildirib.

CNN xəbər verir ki, Amerikada bu gün ABŞ-da baş tutan prezident seçkisinin ilkin nəticələri açıqlanıb, nəticələrə görə, Demokeratlar partiyasından olan namizəd Baraka Obama lider olub.

Səfir ABŞ-da keçirilən prezident seçkisinin nəticələrinin qeyd edilməsi mərasimində bildirib ki, məqsəd eyni qalacaq, regionda məhz sülh və stabilliyə nail olmaq.

Dersinin sözlərinə görə, ABŞ üçün regionda əsas məqsəd enerji təhlükəsizliyi, demokratiyanın inkişafı və regionda stabillik planında ikitərəfli münasibətlərin inkişafından ibarətdir.

Dersi bildirib ki, Azərbaycan bundan sonra da ABŞ-ın xarici siyasətində mühüm yer tutacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı - trend

Xəbər lenti

Xəbər lenti