...

Bakıda özünü polis kimi təqdim edən şəxs soyğunçuluq edib

Siyasət Materials 8 Noyabr 2008 11:06 (UTC +04:00)

Azərbaycan, Bakı, 08 noyabr / Trend , müxbir S. Kazımlı / Bakıda özünü polis kimi təqdim edərək soygunçuluq edən şəxs tutulub. Tutulan şəxs özünü polis əməkdaşı kimi təqdim edərək, yeniyetmə oğlanın mobil telefonunu əlindən alıb qaçmaqda təqsirli bilinir. Bu barədə Bakı şəhər Baş Polis İdarəsindən şənbə günü Trend - a məlumat verilib.

Məlumata görə, noyabrın 6 - da saat 15:00 radələrində Badamdar qəsəbəsi ərazisində 3 saylı marşrurt avtobusunda naməlum şəxs özünü polis nəfəri kimi təqdim edərək, 1993 - cü il təvəllüdlü Ülvi Əlövsət oğlu Mərdanlıya, mobil telefonunun oğurluq olduğu bildirib və avtobusdan düşərkən sonuncunun əlindən mobil telefonu alıb qaçıb.

Səbayel rayon Polis İdarəsi 8 - ci polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, soyğunçuluqda şübhəli bilinən 1982 - ci il təvəllüdlü Rizvan Musa oğlu Ağamirzəyev tutulub. Faktla bağlı araşdırma aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti