...

İsrail qoşunlarını bütün işğal edilmiş Fələstin və ərəb torpaqlarından çıxarmalıdır – ƏDL -in Baş katibi

Siyasət Materials 10 Noyabr 2008 19:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 noyabr/ Trend , müxbir Ü.Sadıqova/ Trend - un Yaxın Şərq redaksiyasının Ərəb Dövlətləri Liqasının Baş katibi Əmr Musa ilə müsahibəsi

- Yarım əsrdən çoxdur ki İsrail - Fələstin münaqişəsi həllini tapa bilmir. ƏDL- in bu münaqişənin nizamlanması üzər konkret planı varmı?

- Ərəb Dövlətləri Liqası, əvvəlki kimi, Fələstin probleminin həlli üçün səy göstərməkdə davam edir. ƏDL 2002-ci ildə Beyrut Sammitində ərəb təşəbbüsünü qəbul edib. O çox konkret və hərtərəflidir. Ərəb dövlətləri ilə münasibətlərin tam normallaşdırılması üçün İsrail qoşunlarını bütün işğal edilmiş Fələstin və ərəb torpaqlarından çıxarmalıdır.

- Sudan böhranının nizamlanması problemində bütün beynəlxalq təşkilatlar iştirak edir və vəziyyətdən müxtəlif çıxış yollarını təklif edirlər. ƏDL-in Sudan böhranının nizamlanması üzrə planları necədir?

- ƏDL Darfur böhranının həllində fəal iştirak edir. Liqa başlanğıcdan BMT və Afrika İttifaqı ilə eyni səviyyədə orada iştirak edib. Sudan hökuməti bu problemin həlli üçün ƏDL-in planını qəbul edib. Plan 3 bənddən ibarətdir: inamsızlıqdan qaçmaq üçün milli məhkəmənin yaradılması, prokurorun təyin edilməsi və Sudanın Cinayət Məcəlləsinə beynəlxalq hüquqi normalara əsasən dəyişikliklərin edilməsi. Problemin açılması üçün Baş katib bir neçə dəfə Sudanda olub. Hazırda ƏDL yanında yeni ali beynəlxalq komitə bu münaqişənin nizamlanması üçün Afrika İttifaqı ilə fəal əməkdaşlıq edir.

- Artıq üç ildir ki, Suriya və Livan münasibətlərini bərpa ediblər. Tərəflər buna müstəqil surətdə nail olublar. ƏDL münasibətlərin gələcək genişlənməsinə yardım edəcəkmi?

- Cari ilin aprelində Suriyada keçirilmiş ərəb sammitində Baş katib ərəbdövlətləri arasında münasibətlərin yaxşılaşdırılması üçün mandat təqdim edib. ƏDL Livan problemini həll etmək üçün edilən cəhdlərə yardım göstərib. Böyük hissəsinin artıq realizə olunduğu Doha sazişində də bu cəhdlərə diqqət ayrılıb. Prezident seçilib, Kabinet formalaşdırılıb və milli barışıq dialoqu bərpa edilib. Ölkələr arasında bir müddət əvvəl həyata keçirilən səfirlərin mübadiləsi gələcəkdə münasibətlərin inkişafında çox böyük addımdır.

- Bu gün Yaxın Şərq Dördlüyü regionun problemləri ilə məşğul olan daha fəal beynəlxalq təşkilatdır. Bu təşkilatın fəaliyyəti nə dərəcədə obyektivdir və onun ƏDL ilə əməkdaşlığı hansı səviyyədədir?

- Liqa Yaxın Şərq Dördülüyü ilə əməkdaşlıqda çox fəaldır. Baş katib dördlük üzvlərini Fələstin lideri ilə sıx əməkdaşlıq olmadan, ərəb perspektivinin  qeyri-mümkünlüyünə inandırmaq üçün onlarla daimi əlaqədədir.

- Qətər, Rusiya və İran qaz OPEK-i yaradıblar. Necə düşünürsünüz,  bu, qiymətlərə necə təsir göstərəcək və bu təşkilatın gələcək rolu necədir?

- Biz Rusiya, Qətər və İranın qaz sahəsində əməkdaşlığını alqışlayırıq. Bu ölkələr başlıca qaz istehsalçılarıdır. Hazırki enerji böhranını nəzərə alaraq, bu ölkələr bir-birləri ilə əməkdaşlıq etməlidirlər.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti