...

Qırğızıstan XİN ilə ÇXR 2009 - cu il üçün əməkdaşlıq proqramı imzalayıblar

Siyasət Materials 13 Noyabr 2008 18:50 (UTC +04:00)

Qırğızıstan, Bişkek, 13 noyabr / Trend müxbir R.Məşədihəsənli/ Qırğızıstanın Xarici İşlər Nazirliyi və Çin Xalq Respublikası iki ölkə arasında 2009 - cu il üçün əməkdaşlıq proqramı imzalayıblar.

Proqram Qırğızıstanın xarici işlər naziri E.Qarabayevin ÇXR-ə rəsmi səfəri gedişində imzalanıb. Trend -a bu barədə məlumatı Qırğızıstan XİN mətbuat xidmətindən veriblər.

Xarici siyasət idarələrinin rəhbərləri Qırğızıstan - Çin hökumətlərarası komissiyasının işini, 2009 - cu ilə nəzərdə tutulan görüşləri, sərhədyanı ticarət zonasının yaradılması və qırğızların hüquqlarının müdafiəsi məsələlərini müzakirə ediblər. Qırğızıstan Respublikası prezidentinin taprışığı ilə " Çin - Qırğızıstan -Özbəkistan" dəmiryolu magistralının tikinti layihəsi ətrafında fikir mübadiləsi aparılıb.

İqtisadi-ticari əməkdaşlığın fəallaşdırılması, "Oş - Sarı -Taş - İrkeştam" avtomobil yolunun bərpası da daxil olmaqla, ortaq iqtisadi layihələrin gerçəkləşdirilməsi məsələləri müzakirə predmeti olub.

Çin tərəfi Xarici İşlər Nazirliyinə ÇXR hakimiyyətinin Qırğızıstana 50 mln. yuan məbləğində əvəzsiz qrant ayrılması barədə qərarını elan edib. Qırğızıstanın naziri ölkələrindəki zəlzələdən zərər çəkənlərə yardım üçün minnətdarlığını bildirib.

Səfər proqramı çərçivəsində, ÇXR-in Dəmiryolu Nazirliyi, İnkişaf və İslahatlar üzrə Dövlət Komitəsi, ŞƏT Baş katibi B.Nurqəliyevlə danışıqlar aparılıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti