...

Somali dəniz quldurları gürcü dənizçilərin bir hissəsini azad edəcəklər

Siyasət Materials 13 Noyabr 2008 19:00 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 13 noyabr / Trend müxbir, N.Kirtsxaliya/ Bir həftə əvvəl Somali dəniz quldurları hücum etdikləri "Genius" gəmisinin ekiraj üzvlərinin bir hissəsini noyabrın 25 - də azad edəcəklər.

Cümə axşamı keçirilən mətbuat konfransında Gürcüstan Xarici İşlər Nazirliyi Konsul Departamentinin rəhbəri Tamar Kamaraulinin bildirdiyi kimi, gəminin sahibi olan şirkət noyabrın 19-20 - də dəniz quldurlarına ödənc verəcək. Noyabrın 25 - də gəmi Dubaya yan alacaq və burada girovlar azad olunacaqlar. Onların arasında 6 nəfər gürcü vətəndaşı var.

Kamaraulinin sözlərinə görə, girovların azad olunmasında Gürcüstanın Yunanınstandakı konsulu Konstantin Sabiaşvili də iştirak edib.

"Aksion" və "CIS fyuça" gəmilərinin girovları ilə bağlı danışıqlar davam edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti