...

Azərbaycan prezidenti Yunanıstanın inkişaf nazirini qəbul edib

Siyasət Materials 13 Noyabr 2008 22:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 noyabr / Trend / Azərbaycan prezidenti İlham Əliyev noyabrın 13-də Yunanıstanın inkişaf naziri Xristos Foliası qəbul edib.

Xristos Folias prezident İlham Əliyevə ölkəsinin Baş naziri Konstantinos Karamanlisin salamlarını çatdırdı. O, Bakı enerji sammitinin əhəmiyyətini, bu sahədə əməkdaşlığın vacibliyini vurğuladı.

Prezident İlham Əliyev nazir Xristos Foliasın başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfərinin ölkələrimiz arasında iqtisadi əməkdaşlığın genişlənməsinə töhfə verəcəyini, qonağın səmərəli görüşlər keçirəcəyinə ümidvar olduğunu bildirdi.

Bakıda enerji sammitinin əhəmiyyətinə toxunan dövlətimizin başçısı bu tədbirin ölkələr arasında enerji sahəsində əməkdaşlıq baxımından yaxşı nəticələr verəcəyinə əminliyini söylədi.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti