Noyabrın 14-də Polşa prezidenti Lex Kaçinski Bakıda keçiriləcək enerji sammitində iştirak etmək üçün Azərbaycana işgüzar səfərə gəlib.
Prezident Lex Kaçinskini təyyarənin pilləkəni yanında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və digər rəsmi şəxslər qarşılayıblar.