...

Gürcüstanda milli azlıqların hüquqları dolayısı ilə tapdanır - Ombudsman

Siyasət Materials 17 Noyabr 2008 16:49 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 17 noyabr / Trend , müxbir N.Kirtsxaliya/ Gürcüstanda milli azlıqların hüquqları dolayısı ilə tapdanır, - Gürcüstan xalq müdafiəçisi Soxar Subarinin 2008 - ci ilin birinci yarısı üçün hazırladığı və gürcü parlamentinin müzakirəsinə təqdim etdiyi hesabatında deyilir.

Ombudsmanın hesabatının müzakirə müddəti hələlik təyin olunmayıb.

Hesabat müddətində milli azlıqların vətəndaş inteqrasiyası və onların hüquqlarının müdafiəsi istiqamətində heç bir əsaslı dəyişiklik olmayıb, - sənəddə deyilir.

"Hökumət qurumları və qeyri - hökumət təşkilatları bu sahədə bir sıra layihələri gerçəkləşdirsələr də, bunlar hələlik real nəticə verməyib", - Subari hesab edir.

Ombudsman milli azlıqların gürcü cəmiyyətinə inteqrasiyasında əsas problemlərin onların sıx yaşadığı yerlərdə gürcü dilinin tədrisinin, ölkədə baş verən hadisələr barədə məlumatla tanışlığın aşağı səviyyədə olması, dövlət müəssisələrində işəgötürmə və s. bağlı olduğu deyir.

Məqalə müəllifilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti