Azərbaycan, Bakı, 19 noyabr / Trend , müxbir S.Kazımlı / Ukrayna respublikasında qətl hadisəsi törədən azərbaycanlı tutulub. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən çərşənbə günü Trend -a məlumat verilib.
Məlumata görə, nazirliyin Baş Cinayət-Axtarış İdarəsi, Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi və Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində Ukrayna Cinayət Məcəlləsinin 115-ci maddəsi (qəsdən adam öldürmə) ilə axtarışda olan Azər Həbibov çərşənbə axşamı tutulub.
Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]