...

Azərbaycanın NATO-ya daxil olmaq planları yoxdur – Prezidentin İcra Aparatının şöbə müdiri

Siyasət Materials 20 Noyabr 2008 15:24 (UTC +04:00)
Azərbaycanın NATO-ya daxil olmaq planları yoxdur – Prezidentin İcra Aparatının şöbə müdiri

Azərbaycan, Bakı, 20 noyabr/ Trend , müxbir İ.Əlizadə/ Rəsmi Bakı bəyan edib ki, Azərbaycanın NATO-ya daxil olmaq planları yoxdur. "Bu barədə deyilənlər reallıqdan uzaqdır və həqiqəti əks etdirmir." Bu barədə cümə axşamı Bakıda keçirilən "Azərbaycan XXI əsrdə - uğurun strategiyası" mövzusunda keçirilən Dəyirmi masada Prezidentin İcra Aparatının Siyasi təhlil və informasiya təminatı söbəsini müdiri Elnur Aslanov bildirib.

Rusiyanın Strateji Inkişaf İnstitutunun rəhbəri Yuri Krupnov Dəyirmi masada çıxışı zamanı bildirib ki, MDB ölkələrində Qərbə inteqrasiya ilə bağlı reallığı əks etdirməyən mövqe və fikirlər var.

"Azərbaycanın Avropa birliyinə inteqrasiyası və NATO-ya daxil olması real deyil və xülyadır. Bu barədə mətbuatda yazmaq və yaxud təbliğat üçün istifadə etmək olar. Amma belə bir məsələ yoxdur və ən azı yaxın 10 ildə Azərbaycanın NATO-ya daxil olması mümkün deyil. Bu aydındır və siyasətdə bunu nəzərə almaq lazımdır", - deyə o əlavə edib.

Krupnov deyib ki, Azərbaycanın Rusiyanın mövqeyini nəzərə alması lazımdır. Onun fikrincə, burada söhbət birtərəli siyasət həyata keçirilməsindən deyil, həmişə mövcüd olacaq böyük qonşu ölkə ilə yaxşı münasibətlərin qurulmasından, eyni zamanda gələcəyi təmin etməkdən gedir.

Aslanov buna cavab olaraq qeyd edib ki, Azərbaycan öz siyasətini reallığa əsasən qurur. Lakin bir çox hallarda Rusiya mətbuatında Azərbaycanla bağlı həqiqəti əks etdirməyən təbliğat aparılır: "Azərbaycan ərazisində NATO hərbi bazalarının yerləşdiriləcəyinə dair iddialar da əsassızdır".

Xəbər lenti

Xəbər lenti