Azərbaycan, Bakı, 21 noyabr/ Trend / Azərbaycan prezidenti İlham Əliyev ölkənin Ədliyyə Nazirliyi yanında Ədliyyə Akademiyasının Nizamnaməsinin təsdiqlənməsi haqqında fərman verib. Azərbaycanın Nazirlər Kabinetinə bir ay ərzində bütün normative - hüquqi aktların bu fərmana uyğun vəziyyətə gətirilməsi üzər təkliflər hazırlamaq və prezidentə təqdim etmək həvalə olunub. Fərman imzalandığı gündən qüvvəyə minir.