Ermənistan xarci işlər nazir Edvard Nalbandiyan Türkiyə vaxtı ilə gecə saat 4-də təyyarə ilə İstanbulun Atatürk hava limanına gəlib. Bu barədə Türkiyənin "Cihan" informasiya agentliyi məlumat verib.
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının xarici işlər nazirlərinin görüşündə iştirak etmək üçün İstanbula gələn Nalbandiyanın bu gün Türkiyə xarici işlər naziri Əli Babacanla da görüşü gözlənilir. Görüşdə Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ problemi, Türkiyə-Ermənistan münasibətləri, qondarma soyqırım məsələsi və Türkiyənin irəli sürdüyü "Qafqazda Sabitlik və Əməkdaşlıq Platforması" ilə bağlı məsələlər müzakirə olunacaq.