...

ƏDL Fələstin probleminin nizamlanması üzrə xüsusi sənəd təqdim edəcək – rəsmi nümayəndə

Siyasət Materials 26 Noyabr 2008 16:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 noyabr/ Trend , müxbir Ü.Sadıqova/ Ərəb Dövlətləri Liqası (ƏDL) Fələstin ərazilərindəki problemlərin həllinə yardımdan irəli gələn xüsusi sənəd tərtib edib və bu gün təşkilatın təcili çağırılan iclasında onu təqdim edəcək.

"Qahirə tərəfindən tərtib edilən sənəd Fələstin probleminin üç mühüm bəndini özündə birləşdrir: Fələstin Milli Muxtəriyyəti (FMM) ilə HƏMAS hərəkatı arasında barışıq, İsrail ilə sülh prosesinin tərəqqisi və Qəzzə sektoru üzrə təcridin aradan qaldırılması", - deyə Trend -a çərşənbə günü Qahirədən telefonla ƏDL -in rəsmi nümayəndəsi Əbd Aləm Əbyad bildirib.

Onun sözlərinə görə, ƏDL Fələstin daxilində aparılan dialoqda vəsitəçi qismində çıxış edir, buna görə, yekun qərar yalnız bu iclasda Fələstin partiyaları arasında aparılan danışıqlardan sonra qəbul olunacaq.

"ƏDL - in Baş katibi Əmr Musa xüsusi qərar planı hazırlamayıb və tərəflərə bu iclasda danışılar aparmağı təklif etmək niyyətindədir", - deyə Əbyad bildirib.

FMM - in rəhbəri Mahmud Abbas iclasda iştirak etməyəcək. Fələstin hökumətini iclasda danşıqlar komissiyasının rəhbəri Saib Arikat təmsil edəcək.

Əbyadın sözlərinə görə, ƏDL İsrail ilə danışıqlarla yanaşı, FƏTH və HƏMAS -ı milli dialoqa başlamağa razı salmaq istəyir.

Lakin Fələstin probleminin nizamlanması üzrə yekun qərar yalnız iclasın yekununda qəbul olunacaq. Əbyadın sözlərinə görə, iclas gecə yarı və ya sabah səhər başa çata bilər.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti