...

ATƏT-in fəaliyyətdə olan sədri qurumun gələcəyinə inanır

Siyasət Materials 4 Dekabr 2008 18:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 dekabr / Trend , müxbir Y.Ostapenko/ ATƏT-in fəaliyyətdə olan sədri Aleksandr Stubb inanır ki, ATƏT-ə üzv ölkələrin birgə cəhdləri dünyadakı münaqişələri həll edə bilər.

"Mən bunu (Gürcüstandakı müharibə) heç vaxt bir daha görmək istəməzdim", - Finlandiyanın xarici işlər naziri Stubb bildirib. Bu barədə ATƏT-in yaydığı press - relizdə deyilir.

"Həyatımda ilk dəfəydi ki, müharibənin sonunu görürdüm", - Stubb söyləyib. "Bu artıq mənə yetərincə inam verir - biz belə münaqişələri həll etmək üçün burdayıq".

ATƏT üzvü olan 50 ölkənin xarici işlər nazirləri avqustda Cənubi Osetiyada baş verən silahlı qarşıdurma qismində münaqişələrin aradan qaldırılması yollarını müzakirə etmək üçün cümə axşamı Helsinkində toplaşıblar. Tədbir iki gün davam edəcək.

Stubb ATƏT-in günün çağırışlarına reaksiya verə bilməsi üçün qurumu yenidən təşkil etmək niyyətini ifadə edib, - press - relizdə deyilir.

"Sədr kimi ümid edirəm ki, günün sonunda biz buradan yenidən ruhlanmış və möhkəmlənmiş qurum kimi çıxacağıq", - Stubb bildirib.

ATƏT sədri Helsinkidə 19975-ci ildə qşəbul olunan prinsiplərin hələ də qüvvədə olduğuna qəti şəkildə inanır.

Sədr tədbir iştirakçılarını ATƏT-in mövcud razılaşmalarına diqqət yetirməyə çağırıb.

"Gəlin işimizdə demokratiyanı, insan haqlarını və qanunun aliliyini gözləyək", - Stubb qeyd edib.

Rusiya prezidentinin Avropada təhlükəsizliyin təmin olunması ilə bağlı təklif etdiyi yeni tədbirlər nazirlərin Finlandiyada görüşündə əsas müzakirə mövzularından olacaq.

Stubb xarici işlər nazirlərinə ATƏT-in himəyasi ilə Avroatlantik təhlükəsizliyə yenidən baxılması təklifinin müzakirə olunacağına ümid etdiyini bildirib, - press - relizdə belə deyilir.

Müəlliflə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti