...

Türkiyənin Baş naziri Əfqanıstan və Pakistan prezidentləri ilə görüşüb

Siyasət Materials 5 Dekabr 2008 17:08 (UTC +04:00)
Türkiyənin Baş naziri Əfqanıstan və Pakistan prezidentləri ilə görüşüb

Azərbaycan, Bakı, 05 dekabr / Trend ews / Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Əfqanıstan prezidenti Hamid Kərzai və Pakistan prezidenti Asif Əli Zərdar ilə görüşüb. Baş nazir və prezideentlərin görüşü İstanbuldakı "Four Seasons Bosphorus Otel Aqua" otelində keçirilib. Bu haqda Türkiyənin CİHAN informasiya agentliyi dekabrın beşində məlumat verib.

Əfqanıstan, Paksitan və Türkiyə prezidentlərinin üçlü görüşü bu gün İstanbulda keçirilir.

Görüşdə terrorçuluğa qarşı birgə mübarizə ,Əfqanıstan və Pakistan arasında sərhəd probleminin həlli , Ankaranın Pakistana sərmayə yatırması və üçtərəfli iqtisadi əməkdaşlıq məsələləri müzakirə ediləcək.

Məqalə müəllifi ilə əlaqə : [email protected]

Xəbər lenti

Xəbər lenti