...

Gürcüstanda üç nazir – müdafiə, xarici işlər, təhsil və elm naziri vəzifələrindən azad edilib

Siyasət Materials 5 Dekabr 2008 19:20 (UTC +04:00)
Gürcüstanda üç nazir – müdafiə, xarici işlər, təhsil və elm naziri vəzifələrindən azad edilib

Gürcüstan, Tbilisi, 05 dekabr/ Trend , müxbir N.Kirtsxaliya/ Gürcüstanın Baş naziri Qriqol Mqaloblişvili üç naziri istefaya göndərib. Mqaloblişvili cümə günü keçirilən xüsusi brifinqdə bəyan edib ki, o, Gürcüstan prezidentinə müdafiə naziri David Kezeraşvili, xarici işlər naziri Yekaterina Tkeşelaşvili və elm və təhsil naziri Giya Nodiyanı vəzifəsindən azad etməyi təklif edir.

Mqaloblişvilinin bəyanatına görə, xarici işlər naziri vəzifəsinə hazırda mədəniyyət və idman naziri vəzifəsini tutan Qriqol Vaşadze təyin olunacaq, təhsil naziri vəzifəsini keçmiş ədliyyə naziri Nika Qvaramiya tutacaq. Müdafiə naziri səlahiyyətlərinin icrası nazirin müavini Batu  Kuteliyaya həvalə olunub. Mədəniyyət və idman naziri vəzifəsi Gürcüstanın Rusiyadakı keçmiş səfiri Zurab Abaşidzeyə təklif olunub.

Baş nazir vəzifəsindən azad edilmiş nazirlərə gördükləri işə görə minnətdarlığını bildirib və bəyan edib ki, "bu gün ölkə qarşısında yeni yanaşmalarla həll edilməsi zəruri olan yeni çağırışlar dayanır". "Prezident Saakaşvili Baş nazir vəzifəsinə təyin edilərkən mənə, hökumətdə dəyişikliklər aparmaq üçün düşünməyə vaxt verib və bu gün mən bu dəyişikliklərə hazıram", - o qeyd edib.

Xəbər lenti

Xəbər lenti