...

İraqdakı Azərbaycan sülhməramlıları vətənə döndülər

Siyasət Materials 7 Dekabr 2008 18:12 (UTC +04:00)
İraqdakı Azərbaycan sülhməramlıları vətənə döndülər

Azərbaycan, Bakı, 7 dekabr / Trend müxb. V.Əliyev/ Bu gün Bakının Heydər Əliyev adına hava limanına enən təyyarə İraqda xidməti missiyasını başa vuran 150 Azərbaycan hərbçisini vətənə gətirib. Bu barədə Trend -a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən xəbər veriblər.

Trend -un arayışı: Azərbaycan Silahlı Qüvvələrinin İraqda Çoxmillətli Qüvvələrin tərkibində 150 hərbçisi var idi. Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinin strukturunda isə Azərbaycanın 45 sülhməramlısı xidmət edir, həmin əsgərlər Kabil şəhərində post patrul xidməti həyata keçirirlər. Parlament oktyabrda Əfqanıstandakı sülhməramlıların sayının iki dəfə artırılması və 90 nəfərə çatdırılması haqda qanun qəbul edib. Azərbaycan Parlamenti bu ilin martın 4- də Kosovonun birtərəfli şəkildə Serbiyadan ayrılaraq, müstəqilliyini elan etməsindən sonra yaranmış siyasi vəziyyətlə əlaqədar olaraq, vilayətdə xidmət edən 34 azərbaycanlı sülhməramlılarını geri çağırılması haqda qərar qəbul edib.

Məqalə müəllifi ilə əlaqə - [email protected]

Xəbər lenti

Xəbər lenti