...

"İxvani-Rizvan" qrupu Tehranda aviakassanın yandırılmasına görə məsuliyyəti öz üzərinə götürüb

Siyasət Materials 11 Dekabr 2008 14:29 (UTC +04:00)

Cümə axşamı "İxvani-Rizvan" qruplaşmaşı Tehranda Səudiyyə Ərəbistanı Hava Yollarına məxsus ofisin yandırılmasına görə məsuliyyəti öz üzərinə götürüb. Bu barədə İranın prezidentyönlü Rajanews saytı məlumat verir.

"İxvani-Rizvan" qruplaşması bu aksiyanın səbəbinin Səudiyyə Ərəbistanı ilə İsrail arasında sülh sazişinin imzalanması ilə bağlı olduğunu bildirib.

Çərşənbə günü səhər saatlarında Tehranın Taxti meydanında yerləşən Səudiyyə Ərəbistanı Hava Yollarına məxsus ofisin vitrinlərinə partlayıcı maddə dolu şüşə qablar atılıb.

"Nestle" şirkətinə aid ofisin yandırılmasından sonra İranın "İxvani-Rizvan" qruplaşmasının adı daha çox hallanıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti