...

Azərbaycanda Konstitusiyaya dəyişikliklərlə bağlı referendum təyin olunduqdan sonra ən geci 75 gün ərzində keçiriləcək - MSK

Siyasət Materials 19 Dekabr 2008 16:30 (UTC +04:00)
Azərbaycanda Konstitusiyaya dəyişikliklərlə bağlı referendum təyin olunduqdan sonra ən geci 75 gün ərzində keçiriləcək - MSK

Azərbaycan, Bakı, 19 dekabr / Trend , müxbir C.Babayeva/ Referendum Milli Məclis və ya Prezident tərəfindən təyin edildikdən sonra, onun keçirilməsi və qrupların qeydə alınması Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən həyata keçiriləcək, - cümə günü Trend - a MSK- nın katibi Natiq Məmmədov bildirib.

Azərbaycan Parlamenti cümə günü Konstitusiyada bir şəxsin iki dəfədən artıq prezident seçilməsi ilə bağlı məhdudiyyəti götürüb.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və İnsan haqları daimi komissiyaları cümə axşamı keçirdikləri birgə iclasda "Konstitusiyaya əlavə və dəyişikliklər haqqında Referendum Aktını" qəbul edərək, onu Parlamentin iclasına təqdim ediblər. Spiker Oqtay Əsədovun təşəbbüsü ilə parlament Azərbaycan Respublikası Konstitusiyasından 101- ci maddənin 5 - ci bəndini çıxarıb. Bu bəndə əsasən, bir ölkə vətəndaşı dövlət başçsı postuna ardıcıl olaraq iki dəfədən artq seçilə bilməzdi.

Onun əvəzinə, ölkə müharibə şəraitində olduğu təqdirdə, prezident seçilməsi müddətinin uzadılmasını nəzərdə tutan bənd daxil edilib.

Hakim Yeni Azərbaycan Partiyası (YAP) bir şəxsin iki dəfədən artıq prezident seçkilməsi ilə bağlı tətbiq edilən məhdudiyyətin ləğv edilməsi üçün referendumun keçirilməsi təklifi ilə çıxış edib. Parlamentdə təmsil olunan bir neçə siyasi partiya, ictimai təşkilatlar və ziyalılar bu təklifi dəstəkləyiblər.

Prezidentin səlahiyyət müddəti beş ildir. Azərbaycan Konstitusiyası 1995 - ci ildə qəbul olunub, 2002 - ci ildə Əsas Qanuna əlavə və dəyişikliklər edilib.

Azərbaycan Respublikası Konstitusiyasının mətninə dəyişikliklər yalnız referendum vasitəsilə daxil edilə bilər (Maddə 152).

AR Konstitusiyasının mətninə dəyişikliklər Milli Məclis və ya Azərbaycan prezidenti tərəfindən təklif edilirsə, o zaman təklif edilən dəyişikliklər üzrə əvvəlcədən AR Konstitusiya Məhkəməsinin qərara alınmalıdır (maddə 153).

Məmmədov deyib ki, Konstitusiya Məhkəməsinin rəyindən sonra Prezident və ya Milli Məclis referendumun keçirilməsi barədə qərar verir. Bundan sonra ən geci 75 gün ərzində referendum keçirilməlidir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti