...

Suriya - İsrail danışıqlarında vasitəçilik Türkiyədən Aİ-yə keçə bilər

Siyasət Materials 20 Dekabr 2008 17:42 (UTC +04:00)
Suriya - İsrail danışıqlarında vasitəçilik Türkiyədən Aİ-yə keçə bilər

Azərbaycan, Bakı, 19 dekabr/ Trend , müxbirlər Ü.Sadıqova, A.Qut/ Suriya və İsrailin 2009-cu ildə yeni Baş nazirin seçilməsi ilə bərpa olunacaq birbaşa olmayan danışıqları Aİ və ABŞ  n simasında yeni vasitəçi ala bilər. Qərbin bu danışıqlarda başlıca marağı - Dəməşq və Tehranın strateji əlaqələrinin kəsilməsidir.

"Avropa üçlüyünün - Fransa, Böyük Britaniya və Almaniyanın İsraillə danışıqlarda Suriyaya yardımının məqsədi Dəməşqin və Tehranın əlaqələrinə, Suriyanın Hizbullah, HƏMAS və "İslam cihadı" qruplaşmalarına sponsorluğuna son qoymaqdır", - doktor Neil Quillam (Neil Quilliam), Britaniyanın Control Risks Mərkəzinin Yaxın Şərq təhlükəsizliyi və siyasəti üzrə analitiki elektron poçtla Trend -a bildirib.

İsrail və Suriya türkiyəli vasitəçiyə, hazırki məqamda birbaşa olmayan danışıqların növbəti raundunun keçirilməsində maraqlı olmadıqlarını bildiriblər, - İsrailin Ha-Aretz qəzeti xəbər verir.

Dəməşqə bəyan ediblər ki, danışıqların yeni raundunun başlamasını mənasız hesab edirlər. Belə ki, İsraildə seçkiqabağı kampaniya keçirilir və 2009-cu ildə seçkilərdə kimin qələbə qazanacağı məlum deyil.

Türkiyənin vasitəçiliyi ilə keçən Suriya-İsrail danışıqlarının dörd raundund müsbət nəticə əldə edilməyib.

"Suriya hökuməti seçkilərədək İsraillə danışıqlara getməməkdə düzgün hərəkət edir; bu gün danışıqlara dair istənilən cəhd mənasız olacaq". - Dəməşq Vətəndaş Hüquqları İnstitutunun hüquq müdafiəçisi Haldun Əsvad (Khaldoon Aswad) elektron poçtla Trend -a bildirib. Suriya beynəlxalq təcriddən çıxsa da, İsrailin qatı düşmənləri olan İranla, Fələstinin  HƏMAS müqavimət hərəkatı və Livanın Hizbullah partiyası ilə əlaqələri kəsməyib.

Suriyanın İsraillə danışıqlardan imtina etməsi Avropa Komissiyası tərəfindən Dəməşqlə azad ticarət haqqında layihənin imzalanması ilə üst-üstə düşüb. Aİ və Suriyanın münasibətlərinin bərpası bu ilin yayında başlayıb və bunun başlıca təşəbbüskarı Fransa prezidenti Nikolya Sarkozi olub. Əvvəllər HƏMAS və Hizbullah  qruplaşmaları ilə açıq münasibətlərinə görə, Suriya tam beynəlxalq təcriddə olub. Aİ ilə münasibətləri bərpa etməkdə Suriyaya, mayda Dohada Livan üzrə sazişin imzalanmasında iştirakı kömək edib. Bu saziş sıxılmış Livan siyasətini dalandan çıxarıb, - britaniyalı analitik Quilliam hesab edir.

Dəməşqin xarici imicinin yaxşılaşması şəraitində danışıqların növbəti raununda vasitəçi rolunun Aİ-yə keçəcəyinə ehtimal var. Lakin suriyalı politoloq Əsvadın rəyinə görə, məsələ İsrailə gələndə Aİ gücsüzdür.

"Avropada Colan yüksəkliklərini qaytarması ilə bağlı İsrailə təzyiq  üşün heç bir siyasi istək yoxdur", - o hesab edir.

Suriya-İsrail barışığının əsası Suriya ərazilərinin, İsrailin 1967-ci ildə işğal, 1980-ci ildə ilhaq etdiyi Colan yüksəkliklərinin qaytarılmasıdır.

Suriya prezidenti Bəşər Əsəd dəfələrlə bəyan edib ki, Suriyanın əraziləri qaytarılmayandək, Dəməşq İsraillə barışığa getməyəcək. Lakin İsraildə Suriyanın barışıq istəyinə bədbin baxırlar.

"Suriyalıların sülh istəmələri və sülh müqaviləsinin imzalanacağı şübhəlidir. Colan yüksəkliklərinin qaytarılması hazırki Suriya rejiminə faydalı deyil, bu onun üçün faciə demək olar", - "Likud" partiyasından deputatlığa namizəd, İsrail parlamentinin keçmiş deputatı Mixael Klyaner Trend -a bildirib.

Klyanerin sözlərinə görə, İsraillə münaqişənin davam etməsi Suriya üçün regionda müxtəlif radikal qruplaşmalara təsiri və Livanı nəzarətdə saxlamaq üçün yaxşı bəhanədir. "Onlara münaqişə lazımdır və onlar Colan kimi yaxşı bəhanədən əl çəkə  bilməzlər. Suriyaya lazım olan Livandır. Colanın Dəməşq üçün heç bir dəyəri yoxdur, Livan isə real qazanc və ciddi gəlir bəndidir", - israilli analitik bildirib.

Onun sözlərinə görə, bununla əlaqədar, İsraildə Suriyanın barışığa can atmasına inanmırlar.

Lakin bu məsələdə Suriya tərəfinin rəyi müxtəlifdir. Əsvad hesab edir ki, yalnız ərəb xalqlarının müqaviməti İsraili konsensusa gəlməyə vadar edə bilər və İsrailə təzyiq göstərə biləcək yeganə tərəf ABŞ-dır.

Əvvəllər Vaşinqton bu danışıqları nəticəsiz hesab edərək, onlarda iştirakdan imtina edib. Suriya prezidenti Əsəd bəyan edib ki, Corc Buş administrasiyası Ağ Evdə olanadək, Dəməşq Amerikanın bu danışıqlarda  iştirakının əleyhinədir.

2009-cu ilin yanvarında Ağ Evə yeni prezident Barak Obama başçılıq edəcək. Onun xarici siyasəti sələfinin siyasətindən fərqlidir.  Obamanın məşğul olacağı başlica məsələlərdən biri hazırki maliyyə böhranı olduğu üçün, çox ehtimal ki, SuriyaVaşinqtonun diqqətindən kənarda qalacaq, - britaniyalı analitik Quilliam hesab edir. Obamanın şüarı "dəyişikliklər" olub və buna görə də, Suriyada problemlərə başqa şəkildə baxacaq və regionda mübahisəli məsələlərdə irəliləyiş gözləyəcəklər, - Avropanın Aralıq dənizi hövzəsi üzrə tədqiqatlar mərkəzinin rəhbəri Avad Həmas (Awad Chamas)  hesab edir.

Seçkiqabağı kampaniyası zamanı Obama bəyan edib ki, Yaxın Şərqdə əvvəlki xarici siyasət kursundan imtina etməyə hazırlaşır və ərəb ölkələri ilə dialoq yaradılacaq. "Obamanın müşavirləri İsraillə barışıq yolu ilə Dəməşq və Tehranın əlaqələrinin kəsilməsinə can atacaqlar. Lakin Suriyanın İranla 30 illik əıməkdaşlıqdan imtina edəcəyi qeyri-real görünür", - Vaşinqton institutunun ərəb ölkələrinin siyasəti üzrə Proqramlar direktoru Devid Şenker (David Schenker) elektron poçtla Trend -a bildirib.

Lakin ərəb ekspertlər hesab edirlər ki, Amerikanın Suriya və İsraillə danışıqlardakı uğuru, Obama administrasiyasının xarici siyasətdə neytrallıq mövqeyindən çıxış edib-etməyəcəyindən asılı olacaq.

"Obama administrasiyası hakimiyyətinin ən azı birinci dövründə ərəb-İsrail münaqişəsinin həllində düzgün mövqe tutmayacaq və çətin ki, ABŞ Klintonun ərəb-İsrail münaqişəsindəki siyasətindən imtina edəcək", - ərəb analitik Əsvad deyib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti