...

2009 - cu ildə Azərbaycanda gənclər təşkilatları layihələrinin maliyyələşdirilməsi artırılacaq – nazir

Siyasət Materials 23 Dekabr 2008 20:13 (UTC +04:00)
2009 - cu ildə Azərbaycanda gənclər təşkilatları layihələrinin maliyyələşdirilməsi artırılacaq – nazir

Azərbaycan, Bakı, 23 dekabr/ Trend , müxbirlər R.Ergün, C.Babayeva/ 2009-cu ildə Azərbaycanda gənclər təşkilatları layihələrinin maliyyələşdirilməsi artırılacaq.

"Gələn il Nazirlik vəsaitlərə qənaət edəcək və gənclər təşkilatlarının layihələrinə təxminən 200 min manat ayıracaq", - gənclər və idman naziri Azad Rəhimov çərşənbə axşamı ilin yekunlarına həsr edilmiş mətbuat konfransında bildirib.

2008 - ci ildə bu məqsədlərə 150 min manat ayrılıb, - nazir deyib. "Nazirliyin gənclər təşkilatlarının layihələrini maliyyələşdirməyə böyük imkanları yoxdur. Buna baxmayaraq, 2008 - ci ildə gənclər təşkilatlarının çox sayda layihəsi reallaşdırılıb", - Rəhimov deyib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti