...

Azərbaycan prezidenti Bakı yaxınılığında iri elektrik stansiyasının istismara verilməsində iştirak edib

Siyasət Materials 24 Dekabr 2008 15:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 dekabr/ Trend / "Azərenerji" SC çərşənbə günü Bakı yaxınlığında 300 MVt gücündə modul elektrik stansiyasını istismara verib. Obyektin açılış mərasimində Azərbaycan prezidenti İlham Əliyev iştirak edib.

Səngəçaldakı elektrik stansiyasının tikintisini Finlandiyanın Wartsila şirkəti həyata keçirib. Stansiya, hər birinin gücü 17 MVt olan 18 aqreqatdan ibarətdir.

Finlandiyanın Wartsila şirkəti Səngəçaldakı modul elektrik stansiyasının qazdan mazuta və əksinə qoşulmasının yeni texnologiyasını təqdim edib. Bu, prosesi xeyli sürətləndirəcək. Əvvəllər şirkət sonradan yeni texnologiyalar hesabına yarım saatadək azaldılan 24 saat qoşulma müddəti təqdim edirdi.

Bakı yaxınlığında yeni elektrik stansiyasının tikintisi sürətlə inkişaf edən Bakı və Abşeron yarımadasını keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təmin etməyə imkan verəcək.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti