...

İranda ilk günəş - elektrik stansiyası tikilib

Siyasət Materials 27 Dekabr 2008 13:00 (UTC +04:00)

İranın enerji naziri bildirib ki, ölkədə ilk günəş - elektrik stansiyası Şiraz şəhərində tikilib.  Bu barədə İranın Mehr xəbər agentliyi məlumat yayıb.

"Dövlət alternativ və bərpa olunan enerji mənbələrinin yaradılmasını dəstəkləyir, ölkədə alternativ enerji mənbələrinin gələcəyi parlaqdır və bu sahədə sərmayələr artmaq üzrədir",-deyə İranın enerji naziri Pərviz Fəttah  şənbə günü bildirib.

Fəttahın sözlərinə görə, Şiraz şəhərində inşa olunmuş ilk günəş - elektirik stansiyası bütövlükdə daxili mütəxəssislər və imkanlar hesabına tikilib. 

Xəbər lenti

Xəbər lenti