...

Gürcüstan prezidenti bəzi hazırkı və sabiq vəzifəli şəxsləri dövlət mühafizəsindən məhrum edəcək

Siyasət Materials 6 Yanvar 2009 12:29 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 06 yanvar/ Trend , müxbir N.Kirtsxaliya/ Yanvarın sonunda Gürcüstan prezidenti fərman imzalayacaq. Sənədə əsasən, bəzi hazırkı və sabiq vəzifəli şəxslər dövlət mühafizəsindən məhrum ediləcəklər. Bu qərarın Dövlət Dəftərxanasından xüsusi mühafizə xidmətinə ayrılan vəsaitlərin düzgün paylanması ilə bağlı olduğunu bildiriblər.

Prezidentin fərmanı imzalamasından sonra mühafizədən məhrum ediləcək və ya mühafizəsi məhdudlaşdırılacaq dövlət məmurlarının adları məlum olacaq. Sabiq baş nazirlər Zurab Noqaideli və Lado Qurqenidze, mühafizədən başqa bütün gün ərzində xidməti avtomobildən istifadə edən parlamentin keçmiş spikeri Nino Burcanadzenin də bu siyahıya düşəcəyi ehtimal olunur.

Tbilisi meri Qiqi Uqulava və sabiq iqtisadiyyat naziri Yekaterina Şaraşidzenin mühafizəsi azaldılacaq.

Bu gündək müxalifətdə olan sabiq vəzifəli şəxslər bu qərara artıq qiymət veriblər. Onların sözlərinə görə, bu siyasi təzyiqdir.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti