...

ATƏT Parlament Assambleyasının sessiyasında Rusiyanın Ermənistana silah -sursat verməsini müzakirəyə çıxaracağıq -deputat

Siyasət Materials 13 Yanvar 2009 15:55 (UTC +04:00)
ATƏT Parlament Assambleyasının sessiyasında Rusiyanın Ermənistana silah -sursat verməsini müzakirəyə çıxaracağıq -deputat

Azərbaycan, Bakı, 13 yanvar / Trend , müxbir K.Zərabalıyeva/ Azərbaycan Milli Məclisinin nümayəndələri ATƏT-in Parlament Assambleyasının Vyanada keçiriləcək qış sessiyasında Dağlıq Qarabağ problemini müzakirəyə çıxaracaqlar.

"Azərbaycan parlamentinin nümayandə heyəti Rusiyanın Ermənistana növbəti dəfə hərbi silah - sursat verməsi ilə bağlı məsələləri müzakirəyə çıxarmaq niyyətindədir", - Trend - un məlumatına görə, çərşənbə axşamı jurnalistlərə Milli Məclisin ATƏT PA-dakı nümayəndə heyətinin üzvü Rəbiyyət Aslanova bildirib.

Trend - un arayışı: ATƏT-in Parlament Assambleyasının qış sessiyası fevralin 18-də başlayır.

Kütləvi informasiya vasitələrinin yaydığı məlumata görə, Rusiya Ermənistana 800 milyon dollar dəyərində silah - sursat verib. Siyahıda  21 ədəd T-72 tankı; 27 ədəd BMP-2, 12 ədəd BTR 70/80, 5 ədəd BMP-1 bazasında hazırlanmış BREM-2 döyüş maşınları; 4 ədəd ZSU 23 - 4 "Şilka" raketi; müxtəlif markalı "Strela" raketləri; 875 yeşik F-1, RQD-5 qumbaraları; 1050 yeşik RKQ-3/3 EM qumbarası; 7897 ədəd müxtəlif markalı (122 mm RS, 152 mm 2S3, 122 mm D-30 və s.) döyüş sursatı; 120 ədəd QP-25 lüləaltı qumbaraatanı; 2846 ədəd 5,45 millimetrlik AK-74 və AKS-74 avtomat silahları; 1472 ədəd 7,62 millimetrlik AKM və AKMS avtomat silahları; 103 ədəd NB - 8 gecəgörmə cihazı; trotil şaşkaları; müxtəlif markalı (TM 62 M/P, OZM-72, PMN) minalar; 14 ədəd BM-37 minaatanları; 9 ədəd "Qrad" qurğusu (RSZO 9K51 BM-21); 10 ədəd T-55 bazasında hazırlanmış "Akasiya" qaubitsası (SAU 152 mm 1S); 14 ədəd MT-LBU bazasında hazırlanmış "Qvozdika" qaubitsası (SAU 122 mm 2 S1); 5 ədəd 100 millimetrlik "Rapira" topu (MT-12r); 210 ədəd 3 M9M3 "Kub" raketi , eləcə də başqa silah, hərbi sursat, texnika və avadanlıqlar var.

Aüslanovanın sözlərinə görə, sessiyanın gündəliyi hələlik açıqlanmasa da, Azərbaycan parlamentariləri, ümümiyyətlə, dünyada baş verən münaqişələrlə bağlı geniş müzakirlərin aparılmasını təkid edəcəklər.

Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib. İşğal 1988-ci ildən başlayıb, 1991-ci ilin dekabrınadək Şuşa və Xocalı istisna olmaqla Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-1993-cü illərdə isə, Şuşa, Xocalı və Dağlıq Qarabağın ətrafındakı daha yeddi rayon işğal edilib. 1994 - cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub və indiyədək də tərəflər arasında sülh danışıqları davam etdirilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]



Xəbər lenti

Xəbər lenti