...

Ukraynanın Ali Radası fevralın 5-də hökumətin hesabatını dinləyəcək

Siyasət Materials 14 Yanvar 2009 17:44 (UTC +04:00)

Ukrayna, Kiyev, 14 yanvar / Trend , müxbir Z.Novsvitski/ Ukrayna Parlamenti fevralın 5-də hökumətin hesabatını dinləyəcək. Bu haqda  çərşənbə günü jurnalistlərə Yuliya Timoşenko Bloku fraksiyasının lideri Andrey Kojemyakin bildirib.  

Onun sözlərinə görə, müvafiq qərar bu gün Ali Radanın Razılaşdırma Şurasında qəbul olunub.

Dünən parlamentin müxalifət fraksiyası olan Regionlar Partiyası hökumətin istefası vəUkrayna prezidenti Viktor Yuşşenkonun impiçmentinə başlanmasını tələb edib. Kommunist partiyasının rəhbəri Pyotr Simonenko bildirib ki, onun fraksiyası bu təşəbbüsü dəstəkləməyə hazırdır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti