...

Rusiya 2008 - ci ildə Ermənistana silah və hərbi texnika verməyib və satmayıb – RF XİN

Siyasət Materials 21 Yanvar 2009 19:22 (UTC +04:00)
Rusiya 2008 - ci ildə Ermənistana silah və hərbi texnika verməyib və satmayıb – RF XİN

Rusiya, Moskva, 21 yanvar/ Trend , müxbir R.Ağayev/ Rusiyanın Müdafiə Nazirliyi 2008 - ci ildə erməni tərəfinə, bir sıra KİV-də dərc olunmuş nomenklatura üzrə və sayda silah və hərbi texnika verməyib və satmayıb. Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinə notada deyilir.  Nota çərşənbə günü Azərbaycan Respublikasının Moskvadakı səfirliyinin müşavir-elçisi Baxış Zeynalova təqdim edilib, - RF XİN-in İnformasiya və Mətbuat Departamenti xəbər verir.

Azərbaycan XİN Rusiya tərəfindən RF - nin Gümrüdəki 102- ci hərbi bazasından Ermənistana əvəzsiz şəkildə 800 mln. dollar dəyərində rus silahının mümkün verilməsinə dair fakt üzrə əlavə izahlar tələb edib.

Rusiya XİN-in notasında deyilir ki, KİV - dəki yazılar dezinformasiyadır, açıq ifadə olunmuş anti-Rusiya xarakteri daşıyır və Rusiya-Azərbaycan dost münasibətlərinin müsbət inkişafına mane olur.

Rusiya tərəfi qeyd olunanları nəzərə alaraq, məsələnin bitdiyini hesab edir və bu və ya digər narahatlıqlar yaranarkən tərəflərin bundan sonra tələsik addımlar atmayacağına, mümkün şübhələri, Rusiya Federasiyası və Azərbaycan Respublikasını bağlayan sıx strateji tərəfdaşlıq ruhunda, birgə həll edəcəklərinə ümid etdiyini bildirir.

İki Cənubi Qafqaz ölkəsiarasında münaqişə 1988 - ci ildə Еrmənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. 1991-ci ilin dekabrında, Şuşa və Xocalı istisna olmaqla, Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb.  1992-1993 - cü illərdə Şuşa, Xocalı və Dağlıq Qarabağa bitişik yeddi rayon işğal olunub. 1994 - cü ilin mayında tərəflər atəşkəs rеjiminə dair razılaşma əldə еdiblər вə о вaхtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya,  Fransa вə ABŞ - ın həmsədrliyi ilə, hələ ki nəticəsiz, sülh danışıqları aparılır. 

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan:  [email protected]

Xəbər lenti

Xəbər lenti