...

Rusiya və Özbəkistan millətçilik və ksenefobiya ilə birgə mübarizə aparacaqlar

Siyasət Materials 23 Yanvar 2009 16:04 (UTC +04:00)

Özbəkistan, Daşkənd, 13 yanvar/ Trend , müxbir T.Jukov/ Özbəkistan və Rusiya beynəlxalq hüquq normalarına uyğun olaraq, millətlərarası ayrıseçkiliyin qızışdırılması və ya etnik mənsubiyyətinə görə vətəndaşlara qarşı zorakılığın təhrik edilməsinə yönəlmiş istənilən millətçi və ya ksenofobiya təzahürünün qarşısını almaq üçün tədbirlər görəcəklər, - Dmitri Medvedyevin Özbəkistana səfərinin yekunları üzrə imzalanmış birgə kommünikedə bildirilir.

"Beynəlxalq terrorizm, dini ekstremizm, narkotiklərin qeyri-qanuni dövriyyəsi, regional və beynəlxalq təhlükəsizliyin digər çağırış və təhdidləri ilə mübarizədə əməkdaşlığın dərinləşdirilməsinin zəruriliyi qeyd olunub. Tərəflər dünya siyasətinin əsas məsələləri, eləcə də Mərkəzi Asiya regionunda vəziyyət üzrə mövqelərin yaxınlığı və ya üst-üstə düşməsini təsdiq ediblər", - məlumatda deyilir.

"Prezidentlər Əfqanıstandakı ağır vəziyyət, narkotəcavüz də daxil olmaqla bu dövlətin ərazisindən gələn təhdidlərin dərəcəsi ilə bağlı narahatlıqlarını bildiriblər. Əfqanıstanın dinc həyata qayıtması üçün dövlət hakimiyyəti və hüquqi nizamın möhkəmlənməsi, ölkə iqtisadiyyatının münaqişədənsonrakı bərpasında dünya ictimaiyyəti tərəfindən yardımın uzlaşdırılması, bu ölkə əhalisinə humanitar yardım göstərilməsinin lazım olduğuna əminlik ifadə edilib", - birgə kommünikenin mətnində deyilir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti