...

Gürcüstanın baş naziri işə başlamağa hazırdır

Siyasət Materials 26 Yanvar 2009 16:17 (UTC +04:00)
Gürcüstanın baş naziri işə başlamağa hazırdır

Gürcüstan, Tbilisi, 26 yanvar / Trend , müxbir N.Kirtsxaliya/ Gürcüstanın baş naziri Qriqol Mqaloblişvili yanvarın 28-də öz vəzifələrinin icrasına başlayacaq. Bu hadqa baş nazirin administrasiyasından məlumat verilib.

Artıq Mqaloblişvili özünü yaxşı hiss edir və sabah Tbilisiyə qayıdacaq. Baş nazir yanvarın 20-də bir daha müayinədən keçmək üçün Münhen klinikasına yollanmışdı. Ötən ilin sonunda o, eyni klinikada böyrək iltihabı xəstəliyi ilə müayinə olunmuşdu. Müayinədən sonra Mqaloblişvili vətəninə qayıdıb. Ancaq yanvarın 17-də yenidən özünü pis hiss edən baş nazir, Tbilisi Respublika Xəstəxanasına yerləşdirilib.

"Gürcü və alman həkimlərinin konsiliumundan sonra müayinənin AFR-də davam etdirilməsinə qərar verilib. Hazırda Mqaloblişvili özünü yaxşı hiss edir və işə başlamağa hazırdı", - baş nazirin aparatından xəbər verilib.

Xəbər lenti

Xəbər lenti