...

ABŞ - ın Avropadakı quru qoşunları komandanlığının nümayəndə heyəti Gürcüstandadır

Siyasət Materials 29 Yanvar 2009 20:58 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 29 yanvar/ Trend , müxbir N.Kirtsxaliya/ ABŞ - ın Avropadakı qoşunları komandanlığı xüsusi səfərlə Gürcüstana gəlib. Amerikalı hərbçilər Gürcüstanın Müdafiə Nazirliyi və Baş Qərargahında olublar.

Altı nəfərdən ibarət nümayəndə heyətinə general Karter Hemi başçılıq edib. Amerikalı qonaqları Gürcüstanın müdafiə naziri David Sixarulidze qəbul edib.

Görüş zamanı tərəflər Gürcüstan və ABŞ arasında strateji əməkdaşlıq haqqında Xartiyanı və müdafiə, yardımgöstərilməsi sahəsində tərəfdaşlıq məsələlərini müzakirə ediblər.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti