...

Gürcüstanın hərbi doktrinası müdafiə mahiyyəti daşıyır – nazir

Siyasət Materials 30 Yanvar 2009 17:09 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 30 yanvar/ Trend , müxbir N.Kirtsxaliya/ Gürcüstanın müdafiə naziri cümə günü Tbilisi Dövlət Universitetinin (TDU) tələbələri ilə görüşdə idarəsinin prioritetlərini təqdim edib.

Vasili Sixarulidze tələbələrə ötən ilin avqustunda baş verən gürcü - rus münaqişəsindən sonra Gürcüstan ordusunun vəziyyəti barədə mühazirə oxuyub.

Nazirin sözlərinə görə, Gürcüstanın hərbi doktrinası müdafiə mahiyyəti daşıyır və təcavüz məqsədli deyil.

"Hazırkı mərhələdə bizim prioritetlər ixtisaslaşdırılmış kadrların hazırlanması, döyüş qabiliyyətli ehtiyatların yaradılması və NATO-ya inteqrasiyadan ibarətdir", - deyə Sixarulidze bildirib. O qeyd edib ki, avqust münaqişəsi çox şeyə aydınlıq gətirdi və Gürcüstan ordusu qarşısında yeni vəzifələr qoydu.

İdarə rəhbəri tələbələrin suallarını cavablandırıb və onun rəhbərlik etdiyi idarə ilə TDU arasında əməkdaşlığın möhkəmləndiriləcəyi vəd edib.

"Bu həm də Müdafiə Nazirliyinin ehtiyacları üçün müxtəlif elmi layihələrin həyata keçirilməsinə aid olacaq", - deyə Sixarulidze əlavə edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı -  [email protected]

Xəbər lenti

Xəbər lenti