...

YUNİSEF türkmən valideynləri birbaşa təyyaradə maarifləndirəcək

Siyasət Materials 2 Fevral 2009 17:13 (UTC +04:00)

Türkmənistan, Aşqabad, 02 fevral/ Trend , müxbir E.Həsənov/ "Türkmən hava yolları" şirkətinin yerli relslərinin sərnişinləri bu yaxınlarda nəşr edilən uşaqlara qulluq üzrə soraq kitabçalarını oxumaqla indi təyyarənin bortunda vaxtlarını səmərəli keçirə bilərlər. Bu barədə BMT-nin Uşaq Fondunun (YUNİSEF) press-relizində bildirilir.

Təyyarə sərnişinləri arasında uşaqların sağlamlığı və inkişafı haqqında informasiyaların yayılması ölkənin Səhiyyə Nazirliyi və "Türkmən hava yolları"nın iştirakı ilə iki il bündan əvvəl başlanan təşəbbüsün bir hissəsidir.

"Valideynlərə məsləhət" adlı soraq kitabçası təyyarələrdə oturacaqların arxa ciblərində olacaq və hər bir sərnişin bunu oxuya biləcək. Broşür vasitəsilə valideynlər uşaqlarda diareya, öskürək və soyuqdəymə, HİV/AİDS və travmatizmin qarşısının alınmasını öyrənəcək. Oxucular həmçinin südvermə, düzgün qidalanma, immunizasiya, gigiyena, uşağın tez inkişafı və uşaqların hüquqlarının təmin edilməsi barədə məlumat ala biləcəklər.

Aparılan monitorinqə əsasən, uçuşlar zamanı uşaqlara qulluq haqqında informasiya materialları populyardır. "Valideynlərə məsləhət" soraq kitabçasının yeni formatı sərnişinlərin tövsiyələri nəzərə alınaraq hazırlanıb.

YUNİSEF hesab edir ki, uçuşlar zamanı informasiyanın yayılması üzrə innovasiya proqramı  sərnişinlər arasında uşaqlara qayğı üzrə təcrübənin artmasına yardım göstərəcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı -  [email protected]

Xəbər lenti

Xəbər lenti