...

İran 2009-cu ilin birinci yarısından sənaye miqyasında nüvə yanacağı istehsalını artıracaq

Siyasət Materials 10 Fevral 2009 13:47 (UTC +04:00)

İran prezidentinin birinci müavini bildirib ki, İran sənaye miqyasında nüvə yanacağı istehsal edən ölkələr sırasına daxil olub və 2009-cu ilin birinci yarısından bu sahəni inkişaf etdirərək, yeni nüvə stansiyaları tikməyə başlayacaq. Bu barədə "Fars" xəbər agentliyi məlumat verib.

"İran İslam Respublikası nüvə texnologiyası sahəsində, sənaye miqyasında nüvə yanacağı istehsalını inkişaf etdirərək, 2009-cu ilin birinci yarısından yeni nüvə stansiyaları tikməyə başlayacaq", - deyə İran prezidentinin birinci müavini Pərviz Davudi fevralın 10-da İran İnqilabının 30-cu ildönümü münasibətilə Tehran şəhərində keçirilən mitinqdə jurnalistlərlə müsahibəsində bildirib.

O əlavə edib ki, İran İnqilabı dördüncü on illiyinə daxil olur, ölkədə inkişaf və ədalət göz qabağındadır və "Ümid" peykinin orbitə göndərilməsi dördüncü on illiyin daha da uğurlu olacağını göstərir.

Davudi həmçinin əlavə edib ki, İranı böyük dəyişikliklər gözləyir və 2009-cu ilin birinci yarısından sonra bütün müsəlman aləmi qələbələrin şahidi olacaq.

Xəbər lenti

Xəbər lenti