Gürcüstan, Tbilisi, 11 fevral/ Trend , müxbir N.Kirtsxaliya/ Həkimlər Bütün Gürcüstanın katalikos-patriarxına daha 10-12 gün Almaniyada qalmağı məsləhət görürlər. Gürcüstan Patriarxlığından verilən məlumata görə, II İliya artıq özünü yaxşı hiss edir və Münhen klinikasından buraxılıb.
"Lakin həkimlər hesab edirlər ki, patriarx Almaniyada reablitasiya kursu keçsə lap yaxşı olar", - deyə Patriarxlıqdan bildiriblər. Lakin son qərarı Gürcüstan provaslav kilsəsinin rəhbəri qəbul edəcək.
Patriarx Almaniyaya fevralın 4-də virus infeksiyasına yoluxduqdan sonra yollanıb. Gürcüstan və Almaniya həkimləri ona Münhen klinikasında yoxlamadan keçməyi məsləhət görüblər. O, ötən il bu klinikada ürək müayinəsindən keçib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]