Gürcüstan, Tbilisi, 11 fevral / Trend , muxbir N.Kirtsialia/ Gürcüstanın Bolnisi rayonunun Tardziani kəndində canavarların hücumu ilə bağlı faktların sayı artıb.Yerli sakinlərin sözlərinə görə, canavarlar yalnız axşamlar deyil, gündüzlər də hücum edir, mal-qaranı məhv edirlər.
Yerli sakinlər çölə çıxmağa belə qorxurlar. Onlar yerli orqanlardan vəhşi heyvanları öldürmək üçün icazə tələb edirlər. Buna isə Ətraf Mühitin Qorunması və Təbii Sərvətlər Nazirliyi icazə verməlidir.
Analoji hadisə Pirosmani kəndində və Çoxataur rayonun bəzi kədlərində də baş verib.
Müəllif ilə əlaqə ünvanı: - [email protected]