Gürcüstan, Tbilisi, 12 fevral / Trend , muxbir N.Kirtsxaliya/ Beynalxalq Valyuta Fondunun (BVF) verdiyi məlumata görə, Gürcüstan maliyyə böhranından ən az zərər çəkmiş 10 dövlətin siyahısında siyahısında ola bilər. Bunu Gürcüstan Prezidenti Mixail Saakaşvili Gürcüstanla bağlı etdiyi məruzədə bildirib.
Dövlətin borcu iqtisadi çətinliklərlə mübarizə aparmaqdı deyən Saakaşvili qeyd edib ki, bizdə iqtisadi böhran yoxdur, yalnız dünya böhranı ilə əlaqədar çətinliklərimiz var. "Dövlət strukturlarının vacib və yeganə prioriteti iqtisadiyyatın sağlam olmasıdır. Biz yaxın zamanlarda yeni iş yerləri açmalıyıq və bütün gücümüzü bu istiqamətə tönəltməliyik", - Saakaşvili vurğulayıb.
Bununla bərabər prezident qeyd edib ki, ən vacib məsələ cəmiyyətin bir olmasıdır. Əgər biz bir olsaq, məğlub edilməz olarıq və bütün çətinliklərin öhdəsindən gələrik.
Məqalə müəllifi ilə əlaqə unvanı:[email protected]