...

Gürcüstan prezidenti sığortanı maliyyələşdirmək təklifini irəli sürüb

Siyasət Materials 12 Fevral 2009 20:23 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 12 fevral / Trend , muxbir N.Kirtsxaliya/ Gürcüstan prezidenti Mixail Saakaşvili bu gün parlamentdə çıxış edərək yeni sığorta proqramını təklif edib. Onun sözlərinə görə, Gürcüstanda kasıb təbəqə tərəfindən istifadə olunan həm bahalı həm də havayı sığorta var.  

Lakin əhalinin böyük bir hissəsi bahalı sığoratdan istifadə edə bilmir, havayı sığorta isə hər adama sərf etmir .

Prezidentin təşəbbüsünə görə, maliyyələşdirmək şərti ilə sığorta ödənişləri verilməlidr. Bu yolla insanlar 5 lari dəyərində xüsusi sığorta  vəsiqəsi alır və 1,65 lari ödəyir. Qalan məbləği isə dövlət ödəyir.

Bu vəsiqə ilə vətəndaş il ərzində 8000 lari dəyərində tibbi yardım ala bilər.

"Bu bizim sığorta bazarının inkişafı və insanlara lazım olan tibbi köməyi təmin etmək üçün təklifimizdir", - Gürcüstan prezidenti vurğulayıb.

Məqalənin müəllifi ilə əlaqə ünvanl:[email protected]

Xəbər lenti

Xəbər lenti