...

Gürcüstanın Parlament Komitəsinin rəhbəri Aİ ilə münasibətlər üzrə ayrıca komitə formalaşdırmağı təklif edir

Siyasət Materials 16 Fevral 2009 16:44 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 16 fevral / Trend , müxbir N.Kirtsxaliya/ Avropa İttifaqının Cənubi Qafqaz ilə münasibətlər üzrə parlament komitəsinin formatı dəyişdirilməlidir və Gürcüstan ilə əlaqələr üzrə komitə ayrıca formalaşdırılmalıdır. Bu barədə Avropa inteqrasiyası məsələləri üzrə parlament komitəsinin sədri David Darçiaşvili bildirib.

Bu gün Gürcüstan-Aİ parlament əməkdaşlığının nümayəndə heyəti Brüsselə yola düşür. Nümayəndələr Avropa Parlamentinin Cənubi Qafqaz ölkələri ilə əlaqələr üzrə Komitəsinin iclasında iştirak edəcəklər. Nümayəndə heyətinə Darçiaşvili rəhbərlik edəcək.

İclasda Gürcüstana aid bütün aktual siyasi məsələlər nəzərdən keçiriləcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti