Azərbaycan, Bakı, 17 fevral / Trend , müxbir E.Тariverdiyeva / Türkiyə və Ukrayna ilə viza rejiminin sərtləşdirilməsi Gürcüstana daha bir zərbə və Ankara ilə Kiyevin Moskvaya münasibətdə dostluğun nümayiş etdirilməsinə sübut olacaq.
"Türkiyə və Ukrayna ilə viza rejiminin sərtləşdirilməsi Gürcüstana daha bir zərbə, xüsusilə də prezident Mixail Saakaşvilinin imicinə zərbə olacaq", - Cənubi Qafqaz üzrə Avropa eksperti Amanda Akçakotsa deyib.
Ötən həftə Ukrayna və Türkiyə Gürcüstanla viza rejimlərinə yenidən baxmaq niyyətini bəyan edib.
Gürcüstan XİN rəhbərinin müavini David Calaqaniyanın sözlərinə görə, Türkiyə ümumilikdə öz sərhədində piyadalar üçün NBM rejiminə yenidən baxır.
Ekspertlərin fikrincə, Türkiyə və Ukraynanın Gürcüstanla viza rejimini sərtləşdirməsi yalnız sərhədlərin təhlükəsizləşdirilməsi ilə deyil, həm də Moskvanı dəstəkləmək istəyi ilə də diktə olunub.
"Türkiyə və Ukrayna Gürcüstana münasibətdə viza rejiminin tətbiq edilməsi qərarını qəbul edərsə, bu prorus qüvvələrinin bu ölkədəki qələbəsi demək olacaq", - gürcü ekspert İrakli Sesiaşvili bildirib.
Onun sözlərinə görə, Моskva artıq çoxdan Gürcüstanın azadlığının məhdudlaşdırılmasına nail olmağa çalışır və öz tərəfdaşlarına Gürcüstan vətəndaşlarına münasibətdə bu və ya digər məhdudiyyətləri tətbiq etməkdə təzyiq göstərir.
"Türkiyənin qərarını rus-türk maraqlarının yaxınlaşması kimi qiymətləndirmək olar", - türkiyəli ekspert Güner Özkan hesab edir. "Sərtləşdirmə gürcü-türk münasibətlərinə təsir etməyəcək, çünki Gürcüstan Türkiyənin vacib iqtisadi tərəfdaşıdır", - Trend -a telefonla, Ankaradan "Usak" beynəlxalq strateji təqdiqatlar mərkəzinin eksperti Özkan bildirib. "Ancaq hazırkı durumu Ankaranın regionda Moskva ilə əməkdaşlıq etmək istəyi və dəstəyi haqda diplomatik siqnal verməsi kimi qiymətləndirmək olar", - ekspert hesab edir.
"Viza mexanizmlərində mümkün dəyişikliklər Gürcüstana müəyyən diplomatik təzyiq kimi istifadə oluna bilər", - Trend -a elektron poçtla Qafqaz və Transatlantik tədqiqat institutunun (London) təsisçisi və direktoru Ziba Norman bildirib.
"Ölkədəki bir mil uzunluğundakı problemlərin üzərinə bir də viza rejiminin sərtləşdirilməsi gəlincə, bu Gürcüstana qarşı daha bir zərbədir", - Trend -a Avropa siyasət mərkəzinin (Belçika) eksperti Akçakotsa deyib.
"Üstəlik bu Saakaşvilinin imicinə zərbədir. Çünki, Türkiyə və Ukrayna həmişə Tbilisinin yaxın müttəfiqləri olub və ölkədə bir çox tərəfdarları vardır", - Аkçаkоtsа bildirib.
Ancaq bütün ekspertlər əmindir ki, viza rejiminin sərtləşdirilməsi tam əsaslıdır və siyasi motivləri yoxdur.
"Bu tədbir getdikcə artan təşkilatlanmış cinayətkarlıq problemi ilə bağlı olaraq qəbul edilib", - Akçakotsa deyib. "Ölkələr arasında hərəkət edərək qeyri-qanuni pasport satışı da daxil olmaqla, cinayət əməlləri ilə məşğul olan böyük cinayət şəbəkələri xüsusilə təhlükəlidirlər", - o bildirib.
Ekspertin fikrincə, buna görə də Gürcüstanla həmsərhəd ölkələrin hazırda mövcud olan vizasız rejiminə yenidən baxmasına ehtiyac var.
Gürcü ekspert hesab edir ki, rəsmi Tbilisi kriminalla mübarizəni yalnız alqışlayır, ancaq viza rejiminin daxil edilməsi ilə hazırda Ukraynada çalışan minlərlər sadə vətəndaş əziyyət çəkəcək.
Ancaq Gürcüstanın sabiq prezideni Eduard Şevardnadze hesab edir ki, burada söhbət elə də böyük məhdudiyyətlərdən getmir. "Bu, ölkələr arasında münasibətlərə ciddi təsir göstərməyəcək. Bu yalnız əhalinin bir hissəsinə təsir edəcək və mən hesab etmirəm ki, bu Gürcüstan üçün böyük faciədir", - Trend -a telefonla Gürcüstanın sabiq prezidenti Eduard Şevardnadze bildirib.
Materialın hazırlanmasında iştirak edib R.Ağayev (Moskva)
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]