İslam Ölkələri Elm, Təhsil və Mədəniyyət Təşkilatının (İSESKO) baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri çərşənbə günü Heydər Əliyev Sarayında keçirilən təntənəli açılış mərasimində "Bakı-İslam mədəniyyətinin paytaxtı-2009" mədəniyyət ilinin emblemini Azərbaycan Prezidenti İlham Əliyevə təqdim edib. Məlumatı AzərTAc dövlət informasiya agentliyi yayıb.